“Ermənilər raketlə Zakir Həsənovun vertolyotunu vurmaq istəyib”

13456

Xəbər verildiyi kimi ötən gün Azərbaycan ordusu təmas xəttinin Füzuli-Xocavənd istiqamətində düşmənin “Osa” zenit-raket kompleksini dəqiq zərbə ilə, şəxsi heyətlə birlikdə məhv edibMüdafiə Nazirliyinin açıqlamasında deyilirdi ki, erməni tərəfi zenit-raket kompleksini ön xəttə yaxınlaşdırıb və hava məkanını nəzarətə götürməyə çalışıb. Yaranmış vəziyyəti dəyərləndirən silahlı qüvvələrimiz düşmənin zenit-raket kompleksini məhv edib.Xatırladaq ki, bundan əvvəl də Ermənistan ordusu təmas xəttinin Xocavənd istiqamətində “Osa” zenit-raket kompleksini tətbiq etmişdi, lakin raketlər istismar müddətini başa vurduğundan xaotik trayektoriya üzrə hərəkət edərək boş əraziyə düşmüşdü. Bəs Ermənistan ordusunun son vaxtlar “Osa” zenit-raket kompleksini tez-tez nümayiş etdirməsi hansı məqsədə hesablanıb?Baku Network ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov bununla bağlı sensasion versiya irəli sürüb. Onun bildirdiyinə görə, ermənilərin məqsədi müdafiə naziri Zakir Həsənovun vertolyotunu vurmaq idi.Ekspert xatırladır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində ermənilərin Qarabağda Azərbaycanın görkəmli dövlət xadimlərinə terror hücumu həyata keçirməsi yaxşı məlumdur. Bu baxımdan ermənilərin xisləti dəyişməyib və onlar indi də heç bir şübhə yoxdur ki, Azərbaycanın hərbi-siyasi komandanlığının rəhbərliyini hədəf kimi nəzərdən keçirirlər. Ələsgərovun bildirdiyinə görə, ermənilər son vaxtlar müdafiə naziri Zakir Həsənovun vertolyotla təmas xəttindəki mövqelərimizə baş çəkməsinə dair görüntüləri internetdə yerləşdirirlər. Bu da onu göstərir ki, düşmən müdafiə nazirinin cəbhə bölgəsinə səfərlərini yaxından izləyir.Həmin videoların altında yazılan qeydlərin hərbi dildə tərcüməsi bunu göstərir ki, Azərbaycan müdafiə nazirinin vertolyotu alçaqdan uçur və onu ermənilərin “S-125” və ya “S-75” zenit-raket kompleksləri ilə vurmaq mümkün deyil. Habelə müdafiə nazirinin vertolyotuna qarşı “İqla” daşınan zenit-raket kompleksinin tətbiqi də çətindir, çünki bu raketlər 3-4 kilometrdən o yana hədəfi vura bilmir. Müdafiə nazirinin vertolyotu hər dəfə erməni tərəfinin görmə zonasından uçur, lakin nisbətən uzaqdan uçduğu üçün ona qarşı 10 kilometrə qədər məsaədə, 50 metrə qədər alçaqdan uçan hava hədəflərini vurmaq üçün nəzərdə tutulan “Osa” zenit-raket kompleksini tətbit etməyi planlaşdırıblar. Məhz bu məqsədlə düşmən “Osa”nı təmas xəttinə yaxınlaşdırıb.Azərbaycan Müdafiə Nazirliyi ekspertin bu versiyası ilə bağlı hələlik şərh verməyib.

Netflix'in Ses Getiren Yapımı 3 Cisim Problemi Hakkında Bilinmesi Gerekenler

Çok Acıklı Hayat Hikayelerine Sahip 11 Süper Kahraman

Freelance Çalışmanın 5 Önemli Avantajı

Neden Bir Sevgilin Yok? Sorusuna Bir Erkeğin Verebileceği En Karizmatik 20 Cevap

Türk Sinemasının En İyi 11 Biyografi Filmi

İlk Buluşmada Asla Yapılmaması Gerekenler

İşe Geç Kalanların Ardına Sığındığı Bahaneler

Tüm Dünyaya Amerikan Filmleri Sayesinde Öğretilmiş 17 Çok Önemli Hayat Dersi

Çekimleri İçin Acayip Paralar Harcanmış En Pahalı Hollywood Filmleri

Türk Sinemasından Engelli Bireylerin Mücadelesini Anlatan 9 Film

Dünyanın En İyi 10 Havalimanı

2023 Yılının En İyi 10 Netflix Dizisi

Dünyada Kış Manzarasının En Güzel Göründüğü 19 Şehir ve Kasaba

Günümüz Dünyasında Hala Varlıklarını Sürdüren Gelmiş Geçmiş En Tehlikeli 8 Gizli Örgüt

Gelecek 100 Yıl İçinde Nasıl Evlerde Yaşayacağız? Fotoğraflar Sizi Çok Şaşırtacak

Türkiye'den ABD'ye Uçuş Yapabileceğiniz 12 Nokta

Televizyon Tarihinin Gelmiş Geçmiş En İyi 11 Doktoru

İş Bilgisayarınızda Olması Gereken 5 Program

Bu Akşam Evde Pineklemek Yerine Dışarıya Çıkmak İçin 11 Mantıklı Sebep

Mutlu Olmanın Aslında Hiç de Zor Olmadığının 10 İşareti