Azərbaycan və
Hindistan birbaşa aviareysin açılmasını müzakirə edir.AZXEBER.COM -un Trend-ə istinadən məlumatına görə, bu açıqlamanı Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.Səfir bildirib ki, bununla əlaqədar sabah Bakıya Hindistandan nümayəndə heyəti gələcək və "Azərbaycan Hava Yolları” QSC ilə danışıqlar keçirəcək:"Birbaşa reyslər ölkələr arasında turist axınının artmasına və işgüzar münasibətlərin inkişafına xidmət edəcək. Bu istiqamətdə danışıqlar aparılır. Amma hələ ki bu, başlanğıc səviyyədədir”.