2.836 gösterim
25,55 viral puan

Toy dəvətnaməsi paylanan müstəntiq həlak oldu

cinayet
Xeberlernet 12.03.2018 saat 19:20
  1. 1.

    Martın 10-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişən polis müstəntiqi Mirzəli Cavid Ədalət oğlu haqqında yeni məlumatlar əldə olunub.AZXEBER.COM interpress.az-a istinadən xəbər verir ki, 25 yaşlı Cavid Mirzəli nişanlı olub. Onun Novruz bayramından sonra toy mərasiminin olacağı gözlənilirdi. Mərhumun yaxınlarının verdiyi məlumata görə, mərhumun toy mərasimi üçün uzaq qohumlara dəvətnamələr də paylanılıb.Qeyd edək ki, martın 10-da Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi 25 yaşlı Mirzəli Cavid Ədalət oğlu bədbəxt hadisə nəticəsində ölüb. O, küçə ilə hərəkət edərkən yıxılıb. Nəticədə onun başı səki daşına dəyib və o, vəfat edib.Mərhum doğulduğu Biləsuvar rayonunun Çaylı kəndində dəfn edilib.Faktla bağlı araşdırma aparılır.Əlavə edək ki, C.Mirzəli Polis Akademiyasını qırmızı diplomla bitirərək, baş leytenant rütbəsi alıb.
  • Şu an haberi okuyan: 1 kişi var
  • Facebook: 2 gösterim
  • Twitter: 1 gösterim

  • Toplam Viral: 5 gösterim
  • Toplam Seed: 111 gösterim
  • Toplam Direkt: 2.720 gösterim
  • Viral Puan: 25,55
şu an popüler
Günün En İyi
  • Reklamı Atla