2.778 gösterim
51,44 viral puan

İlham Əliyevən vətəndaşları sevindirəcək fərman

First lady Mehriban Aliyeva 16.11.2016 saat 20:43
  1. 1.

    Azərbaycan Prezidenti İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.Oxu.Az-ın AZƏRTAC-a istinadən məlumatına görə, fərmanda qeyd olunur:1. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).2. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası” bu Fərmanın 9.1-ci bəndində nəzərdə tutulan “Güzəştli mənzil” sisteminin əsasnaməsi ilə eyni tarixdə qüvvəyə minir.3. “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Cəmiyyət) sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi məqsədi ilə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılsın və 2017-ci il mayın 1-dən tətbiq edilsin.4. “Güzəştli mənzil” sistemi aşağıdakıları təmin etməlidir:4.1. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın mövcudluğunu;4.2. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək istəyən şəxsin elektron müraciətinin real vaxt rejimində qeydiyyata alınaraq Cəmiyyətə göndərilməsini;4.3. Cəmiyyətin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsi üçün tələb olunan və bu Fərmanın 6.2.1–6.2.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatların alınmasını;4.4. Cəmiyyətin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxslərin Cəmiyyət tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;4.5. Cəmiyyətin sərəncamında olan mənzili güzəştlə əldə etmək məqsədi ilə müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını.5. “Güzəştli mənzil” sisteminin təşkilini Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (bundan sonra – Agentlik), fəaliyyətinin təmin olunmasını isə Cəmiyyət həyata keçirir.6. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:6.1. “Güzəştli mənzil” sisteminin “Elektron hökumət” portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etsin;S.B.http://www.oxu.az
  • Şu an haberi okuyan: 1 kişi var
  • Facebook: 1 gösterim

  • Toplam Viral: 2 gösterim
  • Toplam Seed: 54 gösterim
  • Toplam Direkt: 2.722 gösterim
  • Viral Puan: 51,44