Mehriban Aliyeva❤:-Birinci xanım olmaq... Bir kəlmə ilə desək, çox məsuliyyətlidir. Həyatıma gəldikdə isə, demək olar ki, dəyişməmişdir. Mən uşaqlıqdan daim kütləvilik elementi olan mühitdə böyümüşəm. Əgər nəzərə alsaq ki, Heydər Əliyevin ailəsinin üzvü olanda birinci kursda oxuyurdum, deməli ki, 20 ildən artıq bir müddətdə bir çox amillər formalaşmış davranış tipini şərtləndirmişdir. Odur ki, xüsusi dəyişikliklərin baş verdiyini demək mənim üçün çətindir.Dəyişən başqa şeydir - məndən kənarda olan nə isə dəyişmişdir. Məsələn, ömür boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur.о.